Baş infeksionist Cəlal İsayev vaxt verdi: Bu tarixdə normal həyat başlayacaq!

Baş infeksionist Cəlal İsayev vaxt verdi: Bu tarixdə normal həyat başlayacaq!
Çinin Şanxay xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Çjan Venhu dünya dövlətlərinin koronavirus pandemiyasının öhdəsindən gələ bilməyəcəyi təqdirdə noyabrda bu virusa yoluxmanın yeni dalğasının başlayacağı barədə xəbərdarlıq edib.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, koronavirus infeksiyasları respirator virus tipində gedən bir xəstəlikdir.

"Digər koronaviruslar mövsümi xəstəliklər kimi qəbul olunur və hər ilin soyuq fəslində yenidən baş qaldırır. Əvvəl də qeyd etdiyim kimi, bu viruslar dünyada mövcud olan respirator virus infeksiyaların 4-9 faizini əhatə edir. Belə bir fikir var ki, COVİD-19 da gələcəkdə respirator infeksiya kimi mövsümi xəstəliklər sırasına qoşula bilər və o da hər mövsüm təkrarlana bilər. O dövrə qədər hələlik dəqiq fikir səsləndirmək çətindir. Əgər yenidən bu virus təkrar bu qədər geniş yayılsa və belə ciddi nəticələrə gətirib çıxarsa, çox güman ki, artıq o vaxt peyvəndi də olacaq”, – həkim qeyd edib.

C.İsayev onu da bildirib ki, peyvənd olmasa belə, uzun müddət evdə qalmağa ehtiyac olmayacaq:

"Gigiyena qaydalarına riayət etmək, təması azaltmaq, maskadan istifadə etmək və xəstələrin vaxtında müalicə olunması tədbirlərini həyata keçirməklə, insanlar özlərini qoruya bilər. O vaxta qədər isə koronavirus barədə bilgilərimiz də artacaq və müvafiq profilaktik tədbirlər görə biləcəyik. Hazırda bu xəstəlik inkişaf edir. Dünya alimləri hesab edirlər ki, bu ayın axırlarında xəstəliyin müəyyən qədər sönməsi baş verəcək. Adətən virus soyuq dönəmdə yayılmağa meyilli olur. Çünki soyuq havada əlverişli şərait olur və havanın istiləşməsi müəyyən qədər bu xəstəliyin sönməsinə səbəb olacaq. O vaxta qədər tam dayanmasa da, bu qədər geniş əhatəli olmayacaq. Sonda isə özünü respetator virus xəstəliyinə oxşatmaqla davam edəcək. Mənim hesablarıma görə, artıq mayın ortalarından etibarən əvvəlki normal vəziyyətə qayıda biləcəyik”.


OXŞAR XƏBƏRLƏR

Taleh Yüzbəyovun həyat yoldaşı qəzaya düşdü - FOTO

Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova ağır qəzaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında pa...

Niyə İsveçrənin digər ölkələr kimi paytaxtı yoxdur?

Çoxumuz Bern şəhərini İsveçrənin paytaxtı kimi tanıyırıq. Lakin, təəccüblü də olsa, İsveçrənin əslində rəsmi paytaxtı yoxdur.    Sfera.az sizə b...

Ev tapşırığı üçün süni intellektdən istifadə edən şagird cəzalandırılıb

ABŞ-da bir məktəb ev tapşırığını yerinə yetirmək üçün süni intellektdən istifadə edən şagirdi cəzalandırıb. Uşağa intizam tənbehi tətbiq edilib. Şagirdin valide...

Konor Makqreqor zorlama işində təqsirli bilinib - DETALLAR

İrlandiya "Ultimate Fighting Championship" (UFC) döyüşçüsü Konor Makqreqor Dublin Ali Məhkəməsində 2018-ci ilin dekabrında baş vermiş cinsi təcavüzlə ...

Özünü diplomat kimi təqdim edən şəxsin üzərindən 70 kilo qızıl tapıldı

Türkiyədə ticarət mərkəzlərinin birinin qarşısında aparılan axtarış zamanı diplomat olduğunu iddia edən şəxsin üzərindən 70 kiloqram qızıl aşkar edilib. Adı açı...

Qaz xətlərinə niyə hava vurulur? - VİDEO

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xətlərinin istismarı zamanı yaranmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı mütəmadi olaraq qaz...